Təhsillərini başa çatdırdıqdan sonra, xarici tələbələrə Böyük Britaniyada yenə iki il qalmaq imkanı veriləcək
Təhsillərini başa çatdırdıqdan sonra, xarici tələbələrə Böyük Britaniyada yenə iki il qalmaq imkanı veriləcək

Təhsillərini başa çatdırdıqdan sonra, xarici tələbələrə Böyük Britaniyada yenə iki il qalmaq imkanı veriləcək.

“Teleqramın” məlumatına görə, müvafiq qərarı Britaniya iqtidarı qəbul edib.

Bugün qüvvədə olan qanuna əsasən, təhsini başa çatdırdıqdan sonra, iş tapmaq üçün tələbələrə sadəcə dörd ay vaxt verilir. Belə bir qərar Daxili İşlər Naziri vəzifəsində Tereza Meyin işlədiyi dövrdə verilmişdi.

İqtidarın bəyanatında deyilir ki, Böyük Britaniyada mühəndislik və riyaziyyat elmləri öyrənilən fakultələrin tələbələrinin əksəriyyəti xarici ölkə vətəndaşıdır.

Yeni qayda ilə, kurs məzunları təhsillərini başa çatdırdıqdan sonra iki il ərzində iş axtara bilərlər. Bunun üçün onlar sadəcə həqiqi Britaniya Universiteti diplomunu təqdim etməlidirlər.

Böyük Britaniyada hazırda 450 min xarici tələbə yaşayır.