Təhsil Nazirliyində bəyan edirlər ki, məktəblərdə tətillərin uzadılmasına baxmayaraq, tədris ili hər zamanki kimi iyunun 15-də başa çatacaq
Təhsil Nazirliyində bəyan edirlər ki, məktəblərdə tətillərin uzadılmasına baxmayaraq, tədris ili hər zamanki kimi iyunun 15-də başa çatacaq

Gürcüstanın Təhsil Nazirinin müavini Ekaterine Dgebuadzenin bəyanatına görə, məktəblərdə tətil prosesinin uzadılmasına baxmayaraq, tədris ili hər zaman olduğu kimi, iyunun 15-də başa çatacaq.

Bu barədə bəyanatı Ekaterine Dgebuadze “Palitranyus”-un “Günün teması” adlı verlişində verdi.

Eka Dgebuadzenin dediyinə görə, təhsil prosesi aprelin 1-nə qədər bərpa olmasa, Təhsil Nazirliyinin konkret planı olacaq.

Nazir müavini bəyan etdi ki, tədris ili iyunun 15-də başa çatması Təhsil Nazirinin sərəncamıdır.

“Təhsil prosesinin uzadılması haqqında söhbət üçün hələ tezdir, ancaq Təhsil Nazirliyi müəyyən çağırışlara cavab vermək üçün intensiv şəkildə işləyir” – dedi Dgebuadze.