Tea Sulukiani Qoqi-Aleksi Mesxişvili adına Müasir Teatr Bədii Məktəbində görüş keçirdi
Tea Sulukiani Qoqi-Aleksi Mesxişvili adına Müasir Teatr Bədii Məktəbində görüş keçirdi

Gürcüstan Mədəniyyət, İdman və Gənclərlə iş üzrə naziri, Tea Sulukiani “Rustaveli Milli Teatrı – Qoqi Aleksi-Mesxişvili adına Müasir Teatr Bədii Məktəbini” ziyarət etdi.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Tea Sulukiani yerində məktəbin fəaliyyəti tanış oldu və məktəb şagirdləri və rəhbərliyi ilə görüşdü. Nazir Qoqi Aleksi-Mesxişviliyə gənclərin peşəkar kimi formalaşması üçün gördüyü işlərə görə minnətdarlığını bildirdi və müxtəlif beynəlxalq festivalda məktəbin uğurlu iştirakını xüsusilə qeyd etdi. Həmçinin nazir məktəbə Nazirlik səlahiyyəti çərçivısində dəstəyini ifadə etdi.