Tbilisidə taksilərin qeydiyyatı və icazə alması məcburi olacaq
Tbilisidə taksilərin qeydiyyatı və icazə alması məcburi olacaq

“Hazırda hüquqi əsasın yaradılması üzərində işləyirik ki, munisipalitet taksi servisinin həyata keçirilməsi üçün izin versin” – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze paytaxt iqtidarınnı iclasında verdi.

Onun dediyinə görə, qeydiyyatdan keçmək və icazə almaq artıq taksilər üçün məcburi olacaq.

“Nəqliyyat sisteminin yaxşılaşdırılması üçün, taksi xidmətlərinin də qaydaya salınması lazımdır. Tbilisi sakinləri və gələn qonaqlarımız keyfiyyətli və komfortlu taksi servisinə layiqdirlər, ona görə də sadəcə müvafiq məyarlara uyğun olan taksi servisləri xidmət həyata keçirmək üçün icazə alacaqlar” -dedi Kaladze.