Tbilisidə liftin düşməsi nəticəsində zərər görən kişinin vəziyyəti ağırdır
Tbilisidə liftin düşməsi nəticəsində zərər görən kişinin vəziyyəti ağırdır

Tbilisidə, Baqrationi küçəsində liftin qopması nəticəsində zərər görən kişinin vəziyyəti ağırdır.

Ona hazırda ikinci neiro-xirurgiya əməliyyatı keçirilir. Dünən gecə saatlarında ona yenə bir əməliyyat keçirilmişdi.

Zərər görən 48 yaşlı kişinin vəziyyəti stabil ağırdır.

“Pasiyent xəstəxanaya çiyin sümüyü və digər sümüklərinin sınıqları ilə gətirildi. Dünən gecə ona əməliyyat keçirildi. Daha sonra pasiyent ağ ciyərlərinin mexanik ventilyasiyası üçün intensiv terapiya bölməsinə keçirildi. Vəziyyəti ağırdır. Bugün ona ikinci əməliyyat edilir” – dedi Qafqaz Tibb Mərkəzinin rəhbəri Natia Nutsubidze.

Dünən liftdə zərər görən digər pasiyentlərə, bir qadına və 15 yaşlı yeniyetməyə gəlincə, qadının vəziyyəti normaldır və klinikadan çıxıb, 15 yaşlı yeniyetmə isə, İaşvili klinikasındadır, onun vəziyyəti də yaxşıdır.

Lift qəzası dünən gecə saatlarında Baqrationi küçəsində baş verdi. Hadisə zamanı dörd nəfər zərər gördü.