Tbilisidə Lenni Kravitsin konserti keçiriləcək
Tbilisidə Lenni Kravitsin konserti keçiriləcək

Dünya turnesi çərçivəsində Tbilisiyə Lenni Kravits gələcək.

Əfsanəvi musiqiçinin konserti Mixeil Mesxi adına stadionda, mayın 31-də keçiriləcək.

Konsert zamanı Kravits son albomundan Raise Vibration əsərini və 30 illik fəaliyyətinin bütün dünya hitlərini ifa edəcək.

Biletlərin satışı tkt.ge veb-səhifəsində sabahdan başlayır.