Tbilisidə Beliaşvili küçəsində baş verən insindentin iştirakçıarı arasında dostluq futbol matçı keçiriləcək
Tbilisidə Beliaşvili küçəsində baş verən insindentin iştirakçıarı arasında dostluq futbol matçı keçiriləcək

Tbilisinin meri Kaxa Kaladze Beliaşvili küçəsində baş verən insindentin iştirakçıları arasında dost fubol matçının keçirilməsi təşəbüsünü irəli sürdü.

Bu barədə bəyanatı Kaxa Kaladze paytaxtın hökümət iclasında verdi.

Kaxa Kaladze Futbol Federasiyasının prezidenti Levan Kobiaşvilidən xahiş etdi ki, söz edilən matç bu həftənin sonu üçün təşkil edilsin.

Paytaxt merinin bəyanatına görə, baş verən hadisə çox çirkin görüntü yaradırdı, çünki gürcülər əslində qonaqlara belə yanaşmırlar və ümid etdi ki, bu insindent yaddan çıxacaq.

“Tbilisi ən tolerant şəhərlərdən biridir, Beliaşvili küçəsində nə baş verdiyini istintaq müəyyən edəcək, ancaq bu gördüyümüz çox çirkin görüntülər idi. Futbol Federasiyasının prezidentindən xahiş etdim ki, həftənin sonuna qədər Afrikadan gələn tələbələr və yerlilər arasında dost matçı keçirilsin” – dedi Kaladze.

Xatırladaq ki, aprelin 8-də, sosiyal şəbəkədə video yayıldı, hansında görünür ki, Beliaşvili küçəsindəki stadionlardan birində yerli əhali Afrikalı tələbələri döyərək, futbol stadionundan qoylayır.

Baş verən insindentlə bağlı istintaq aparılır.