Tbilisi Sakrebulosunun reviziya komisiyasının iclasında fiziki qarşıdurma baş verdi, deputat Levan Xabeişvili fiziki zərər gördü [Video]

Paytaxt Sakrebulosunun reviziya komisiyasının iclasında qarşıdurma baş verdi.

Münaqişə nəticəsində, “Milli hərəkatın” üzvü Levan Xabeişvili fiziki zərər gördü.

İnsindentdən sonra Levan Xabeişvili jurnalistlərə baş verənlə bağlı şərh verdi.

“Onlar çox idilər və stilləri də arxadan vurmaq və zorakılıqdır. Bir nəfərin üstünə faktiki olaraq, 10-15 nəfər töküldü.  Onlara və ictimaiyyətə demək istəyirəm ki, əgər kimsə elə bilirsə, mənim gözümün üstünü qaraldaraq, problemini həll edəcək, çox yanılır. Mən siyasi həyatım üçün ailəmi belə geridə qoymuşam və bütün həyatımı Bidzina İvanişviliyə, Kaladzeyə və oğrular dünyasına qarşı mübarizəyə həsr etmişəm. Tək-tək mənə güc yetirə bilmədikləri üçün çoxluqla mənə hücum etdilər. Xalq bilməlidir ki, onların üstümə hücum etmələrinin səbəbi sadəcə olaraq, təmizlik əməkdaşlarının 8 larilik maaşı haqqında söz etməyim oldu. Gündə 3 dollar verərək, onları qul kimi çalışdırırlar” – dedi Levan Xabeişvili.