"Tbilisi Praid" - Mövcud olan risklərə baxmayaraq, Gürcüstan tarixində ilk "Ləyaqət marşı" qüvvədə qalır
"Tbilisi Praid" - Mövcud olan risklərə baxmayaraq, Gürcüstan tarixində ilk "Ləyaqət marşı" qüvvədə qalır

“Tbilisi Praid” – Mövcud olan risklərə baxmayaraq, Gürcüstan tarixində ilk “ləyaqət marşı” qüvvədə qalacaq və onu ləğv etməyi düşünmürük, – bu barədə “Tbilisi Praid” təşkilatçılarının yaydığı bəyanatda deyilir.

“İctimai yürüyüşdə bizimlə bərabər, bizi dəstəkləyən qruplar, ailə üzvlərimiz, dostlarımız, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, Avropa İttifaqı və qonçu ölkələrin vətəndaşları iştirak edəcəklər.  Son günlərdə “Tbilisi Praidin” dəstəsi olaraq, zor günlər yaşadıq.

Qeyri-formal banda-formalaşmaları küçələrdə patrulluq edib, bizi və ümumiyyətlə, fərqli düşünən insanları öldürməklə təhdid edirlər.

İqtidar isə, yenə bir daha bildirdi ki, ölkədə nifrətlə mübarizə üçün siyasi istək yoxdur. İqtidarın zorakılıq edən qruplara qarşı həyata keçirdiyi tədbirlər qeyri-efektivdir və kifayət deyil.

Gürcüstan dövlətçiliyi və demokratiya institusiyaları təhlükə altındadır.

Ona görə də, biz küçəyə çıxacağıq! Ona görə, küçəyə çıxacağıq ki, iqtidarı insan hüquqlarını qorumağa məcbur edək və lesbian, gey, biseksual insanların qarşısında duran problemləri səsləndirək.

Ona görə də, cinsi orientasiyasından və gender identliyindən asılı olmayaraq, zorakılığa qarşı olan hərkəsi bizə qoşulmağa çağırırıq” – deyilir bəyanatda.

Şərh yaz