Tbilisi metrosu və munisipal avtobuslar saat 22:00-a kimi işləyəcəklər
Tbilisi metrosu və munisipal avtobuslar saat 22:00-a kimi işləyəcəklər

Gürcüstanın yeddi böyük şəhərində gecə saatlarında hərəkətə məhdudiyyət bu gündən qüvvəyə minəcək. Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə hərəkət saat 22:00-dan saat 05:00-a qədər qadağan ediləcək.

Tbilisi Meriyasının məlumatına görə, yeni requlasiyaya əsasən, bu gündən Tbilisi metrosu və munisipal avtobuslar işlərini saat 22:00-da dayandıracaqlar.

“Vətəndaşlara müraciət edirik, yolçuluğu planlaşdırarkən qeyd olunan mühitləri nəzərə alsınlar və mütəxəssislərin rekomendasiyalarını müdafiə etsinlər. Tbilisi Meriyası yaranan narahatçılığa görə, üzr istəyir”, – Tbilisi Meriyası tərəfindən yayılan məlumatda deyilir.