Tbilisi Meriyası şəhərdə sahibsiz binalar probleminin həlli üçün yeni plan təqdim edəcək
Tbilisi Meriyası şəhərdə sahibsiz binalar probleminin həlli üçün yeni plan təqdim edəcək

Tbilisi Meriyası bir neçə günə, Tbilisidə sahibsiz binalar probleminin həlli üçün hazırlanan planı təqdim edəcək.

Paytaxtın meri Kaxa Kaladzenin dediyinə görə, sahibsiz binalar həm şəhəri çirkinləşdirirlər, həm də antisanitariya yuvasına çevriliblər.

“Təəssüf ki, şəhərin hər rayonunda sahibsiz binalar var, hansılar ki, ətrafında yaşayan insanları narahat edir, çünki orada zibil və antisanitariya var.

Bu məsələ ilə bağlı baş nazir Mamuka Baxtadze ilə də məsləhətləşdik və yaxın günlərdə, sahibsiz binalarla bağlı konkret planımızı təqdim edəcəyik” – dedi Kaladze.