Tbilisi meriyası parlamentin qabağında reabilitasiya işlərinə başlayır
Tbilisi meriyası parlamentin qabağında reabilitasiya işlərinə başlayır

Tbilisinin meri Kaxa Kaladze bu günki paytaxt hökümətinin iclasında infrastruktur layihələri haqqında bir daha söhbət etdi və bəyan etdi ki, bu istiqamət üçün böyük məbləğlər ayrılıb.

Kaladzenin dediyinə görə, 2020-ci il infrastruktur layihələri baxımından paytaxt üçün xüsusi olacaq.

Kaladze bəyan etdi ki, meriya bu gün parlamentin qabağında reabilitasiya işlərinə başlayır.

Kaladze öz müavini Sopio Xuntsariaya tapşırdı ki, 9 aprel memorialına da xüsusi diqqət yetirilsin.

“Yeni reabilitasiya layihəsi çərçivəsində, parlamentin qabağında yeniləşdirilmiş fəvvarələr və yaşıllandırma sayəsində, möhtəşəm bir məkan yaradılacaq” – dedi Kaxa Kaladze.