Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə bu gündə özəl və dövlət uşaq bağçalarının fəaliyyəti dayandırılır
Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə bu gündə özəl və dövlət uşaq bağçalarının fəaliyyəti dayandırılır

Bu gündən Gürcüstanın yeddi böyük şəhərində – Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə özəl və dövlət uşaq bağçalarının fəaliyyəti dayandırılır.

Koordinasiya şurasının qərarı ilə həmçinin, bu şəhərlərdə munisipal nəqliyyatda insanların sayının məhdudlaşdırlması barəsində xüsusi tədbirlər görüləcək.

“Gündüz saatlarında nəqliyyatla hərəkət məhdudlaşdırlmayacaq”, – koordinasiya şurasının qərarında qeyd olunur.

Gürcüstanın yeddi böyük şəhərində gecə saatlarında hərəkətə məhdudiyyət bu gündən qüvvəyə minəcək. Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə hərəkət saat 22:00-dan saat 05:00-a qədər qadağan ediləcək.