Tamar Çuqoşvili - Parlament Assambleyası Maliyyə baxımından Rusiyanın təzyiqini rədd etdi
Tamar Çuqoşvili - Parlament Assambleyası Maliyyə baxımından Rusiyanın təzyiqini rədd etdi

Parlament Assambleyası Maliyyə baxımından Rusiyanın təzyiqini rədd etdi, – bu barədə bəyanatı Strasburqda səfərdə olan parlament sədrinin müavini və gürcü nümayəndə heyyətinin rəhbəri Tamar Çuqoşvili verdi.

Tamar Çuqoşvilini qeyd etdiyinə görə, Avropa Şurasının baş katibi Torbion Yaqlandın çıxışından sonra bir neçə məsələ müəyyənləşdirildi.

Onun dediyinə görə, baş katib Rusiya ilə yaranan problemi əsasən maliyyələşdirilmənin azaldılması baxımından təqdim edir.

“İki gündür ki, o əsas aksenti ona edir ki, Rusiya ilə mövcud olan problem həll olunmasa, təşkilatın ciddi maliyyə problemləri olacaq. Düşünürəm ki, Avropa Şurası bu kateqoriyalarla ölçülməməlidir və çox sevinirəm ki, bizim mövqeyimizlə Parlament Assambleyası da razılaşır və Rusiyanın maliyyə məsələsi ilə təzyiqini rədd edir” – dedi Tamar Çuqoşvili.