Tamar Çuqoşvili - Kutaisidəki parlament binasını Daxili İşlər Nazirliyi bir növ hab olaraq istifadə edəcək
Tamar Çuqoşvili - Kutaisidəki parlament binasını Daxili İşlər Nazirliyi bir növ hab olaraq istifadə edəcək

Parlamentin birinci vitse-spikeri Tamar Çuqoşvilinin bəyanatına görə, qanunverici orqan 2019-cu ilin yanvar ayından Tbilisidə fəaliyyət göstərəcək.

Çuqoşvilinin jurnalistlərə dediyinə görə, Kutaisidəki bina funksiyasız qalmayacaq və Daxili İşlər Nazirliyinə veriləcək.

“Bu məsələ ilə bağlı müzakirə çoxdan edilirdi. Reqlamenti 15 komitədə müzakirə etdik, parlamentin elə bir üzvü yoxdur ki, bu məsələ ilə bağlı fikrini bildirməmiş ola. Bu qərarın verilməsi üçün bir neçə arqument var. Yeni parlament binasında işləmək çətindir və böyük xərclərlə bağlıdır. İqtidarın və parlamentin fərqli şəhərlərdə olması isə, işi daha da çətinləşdirir” – dedi Tamar Çuqoşvili.

Birinci Kanal bugün məlumat yaydı ki, parlament Tbilisiyə qayıdacaq, Kutaisidəki bina isə, Daxili İşlər Nazirliyinə veriləcək.