Tamar Qabunia bəyan edir ki, koronavirusdan 19 yaşlı gəncin həlak olması faktını xüsusi qrup öyrənəcək
Tamar Qabunia bəyan edir ki, koronavirusdan 19 yaşlı gəncin həlak olması faktını xüsusi qrup öyrənəcək

Səhiyyə Nazirinin müavini Tamar Qabunia bəyan edir ki, koronavirusdan 19 yaşlı gəncin həlak olması faktını xüsusi qrup öyrənəcək.

Tamar Qabunia vəfat edən qızın ailəsinə baş sağlığı verdi.

“Çox ağır bir fakt baş verdi və gənc qızın ailəsinə baş sağlığı diləyirəm. Səhiyyə Nazirliyi səhərdən, həlak olan pasientin müalicənin hansı mərhələlərini keçdiyini öyrənir. Hər bir mərhələnin detallı analizi keçiriləcək. Bu fakt xüsusi diqqətlə qısa zamanda öyrəniləcək” – dedi Tamar Qabunia.

Tamar Qabunia bəyan edir ki, diaqnoz qoyulduqdan sonra, gənc qız ailə həkiminin konsultasiyasından keçdi.

“Daha sonra o covid-mehmanxanadan klinik yoxlanış üçün xəstəxanaya aparıldı. Vəziyyəti stabil idi, ancaq covid-mehmanxanasına qayıtdıqdan sonra vəziyyəti qəflətən ağırlaşdı, yenidən xəstəxanaya aparıldı və bir neçə gün sünii nəfəs alma aparatı altında qaldıqdan sonra həyatını itirdi.

Ailə həkimi pasientin vəziyyətinin stabil olduğunu hesab edib, onun covid-mehmanxanasında qalmasını məsləhət edib, çünki protokola əsasən, hospitalizasiya sadəcə xronik xəstəlikləri olan 65 yaşlı şəxslər üçün nəzərdə tutulur.

Pasientin vəziyyətinin müəyyənləşdirilməsində isə, həkimin rolu böyükdür.

Bu hadisə ilə bağlı bütün detalları və xəstənin vəziyyətinin ağırlaşmasına edilən reaksiyanın tezliyi və ölümünə səbəb olan faktorlar öyrəniləcək”, – dedi Tamar Qabunia.