Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası açılacaq
Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası açılacaq

Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası bu gün açılır. Gürcüstan nümayəndə heyəti də Strasburqdadır. Heyətə Parlamentin birinci vitse-spikeri Tamar Çuqoşvili rəhbərlik edir.

Tamar Çuqoşvilinin bəyan etdiyinə görə, payız sessiyası prisipial olacaq və gürcü tərəfi Avropa Şurasında Rusiya Federasiyası nümayəndə heyətinin qaytarılması barəsində öz mənfi mövqeyini qeyd edəcək.

Bu gün səhərdən gürcü tərəfi Ukrayna, Polşa və Baltik ölkələri ilə məsləhətləşmələr aparacaq. Həmçinin Gürcüstan və qeyd olunan ölkələr, etiraz əlaməti olaraq Avropa Şurası Parlament Assambleyasının 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyəcəklər.

Tamar Çuqoşvilinin dediyinə görə, səfər çərçivəsində Rusiya Federasiyası tərəfindən Gürcüstan və Ukraynaya qarşı gələn problemlərə xüsusi diqqət yetirəcəklər.

 

Şərh yaz