Sovet işğalı günü ilə bağlı inzibati binalarda dövlət bayraqları endirildi

Sovet işğalının 99-cu ildönümü ilə bağlı Gürcüstanda, inzibati binalarda və Gürcüstanın diplomatik nümayəndliklərində dövlət bayraqları endirildi.

Bayraqlar Gürcüstan prezidenti sarayında, Gürcüstan hökuməti administrasiyasında, Gürcüstan Parlamenti və başqa binalarda endirildi.

Gürcüstan Parlamentinin 2010-cu il 21 iyul tarixli sərəncamına əsasən, 25 fevral Sovet İşğalı Günü kimi bəyan edilidi.

İşğalın yüzlərcə qurbanlarına hörmət əlaməti olaraq, bu günki günü Gürcüstanın bütün ərazisində dövlət bayraqları endirilir.

1921-ci il fevralın 25-də, Rusiyanın Qırmızı Ordusu Tbilisini işğal etdi və Gürcüstanın ümumxalq və azad seçkilərlə seçilmiş hakimiyyətini devirdi.