Şindisinin 17 qəhramanı üçün heykəl gələn il açılacaq
Şindisinin 17 qəhramanı üçün heykəl gələn il açılacaq

Bugün Şindisi döyüşündə həlak olan qəhramanları yenə bir dəfə yad etdilər.

Qori rayonunun Şindisi kəndində qəhramanlar memorialının yanında bütün gün ərzində həlak olan qəhramanların xatirəsi üçün əkliq qoyulurdu.

Memorialın yerləşdiyi ərazidə, 17 fiquralı portret heykəli yaradılacaq. Gürcüstan iqtidarı qeyd olunan layihə üçün 530 000 lari, Müdafiyə Nazirliyi isə, 400 000 lari ayıracaq.

Memorialın yanına gedən Müdafiyə Naziri Levan İzoria bəyan etdi ki, Şindisi qəhramanlarının heykəli gələn il açılacaq.

Şindisi döyüşü 2008-ci ilin avqustun 11-də oldu. Rus hərbi hissəsi ilə qarşıdurma zamanı, rus əsgərlərindən dəfələrlə az olan 17 gürcü əsgəri həlak oldu – Aleksandre Oniani, Emzar Tsilosani, Vepxvia Şişkariani, Zviad Katsadze, Teymuraz Beridze, İlia Qabunia, İlia Şeklaşvili, İrakli Canelidze, Kaxa Kaşadze, Levan Melkadze, Marlen Baramia, Mixeil Dvalişvili, Nikoloz Porçxidze, Roman Zoidze, Ruslan Tsuladze, Feliks Kakauridze və Şmagi Kupatadze.