Sensasiyalı qələbə - Gürcüstan yığması Serbiyanı güzəştsiz oyunda 90:94 hesabı ilə məğlubiyyətə uğratdı
Sensasiyalı qələbə - Gürcüstan yığması Serbiyanı güzəştsiz oyunda 90:94 hesabı ilə məğlubiyyətə uğratdı

Gürcüstan yığması bu gün Belqradda Serbiya milli yığması ilə görüşdü.

Ev sahibinin güclü komandasına gürcü idmançıları mükəmməl oyun göstərdilər. Görüş gərgin, dramatik və möhtəşəm idi. Matçın ilk preiodu Serbiyalı basketbolçularının üstünlüyü ilə keçdi, lakin görüşün ikinci yarısında Gürcüstan yığması yaxşı oynadı və tabloda bərabər xal bir neçə dəfə yazıldı. Görüşün dördüncü periodunda irəli çıxaraq oyunu 90:94 hesabı ilə başa çatdırdılar.

Bir neçə gün bundan əvvəl keçirilən 2021-ci il Avropa Çempionatının seçmə matçının ilk iki periodu gürcü basketbolçularının böyük üstünlüyü ilə keçdi, lakin görüşün ikinci yarısında İsveçrəlilər hesabı minimuma qədər azaltdılar, sonra isə, bərabərləçdirdilər – 79:79.

Əsas vaxtın heçheçə başa çatmasından sonra overtaym təyin edildi. Oyun yekunda Gürcüstan yığmasının qələbəsi ilə, 96:88 hesabı ilə başa çatdı.