Samtsxe-Cavaxetidə vətəndaşlar silah tapşırdılar
Samtsxe-Cavaxetidə vətəndaşlar silah tapşırdılar

Axalkalaki rayonunun Orca kəndinin bir sakini və Adigeni rayonun Smadi kəndinin sakini öz rızaları ilə müxtəlif növlü odlu silahları və partlayıcı maddələri yerli polis departamentinə tapşırdılar.

Bu barədə məlumatı Daxili İşlər Naziri yayır.

Qeyd olunan şəxslər Gürcüstanın Cinayət məcəlləsinin 105-ci maddəsinin birinci hissəsinin “a” bəndinə əsasən, cinayət məsuliyyətindən azad edilirlər – deyilir nazirliyin bəyanatında.