Samxarauli bürosunun tibbi qərarı ilə, Arçil Tatunaşvilinin cəsədində 100-ə qədər yara izi var idi
Samxarauli bürosunun tibbi qərarı ilə, Arçil Tatunaşvilinin cəsədində 100-ə qədər yara izi var idi

Levan Samxarauli adına məhkəmə ekspertizasının milli bürosu tərəfindən verilən qərara əsasən, Arçil Tatunaşvilinin cəsədində 100-ə qədər yara izi var idi.

Birinci Kanalın məlumatına görə, ekspertiza qərarı Tatunaşvilinin ailəsinə üç gün öncə verildi.

Birinci Kanal ilə söhbət zamanı Tatunaşvililərin ailə vəkili və “İnsan hüquqları mərkəzinin” hüquqşünası Tamar Avaliani bəyan etdi ki, verilən qərar əsasında Arçil Tatunaşvilinin ölümünün dəqiq səbəbi bilinmir və yaxın günlərdə komisiya ekspertizası keçirilməlidir.

Hüquqşünasın dediyinə görə komisiya ekspertizasının nəticəsi insan hüquqları məhkəməsinə təqdim edilmək üçün lazımdır.

“Ekspertizada deyilir ki, Arçil Tatunaşvilinn bədənində dəmir silindr formalı əşya ilə yetirilən zərbələr var, ancaq onlar onun sağ vaxtında yetirilib və onun ölüm səbəbini müəyyən etmək üçün yetərli deyil.

Tamar Avalianinin dediyinə görə, Samxarauli ekspertizasına qarşı müəyyən pretenziyalar var.

“Məsələn, burnunda zərbə izləri var idi və burnu qırıq idi, başında, gözünün sol kənarında və həmçinin, alnında güllə yarasına bənzəyən yara izləri var idi və bunların heç biri ekpertiza qərarında təsvir edilməyib.

Bizim əsaslı şübhəmiz var ki, öldürülənə qədər Arçil Tatunaşviliyə qəddarca işkəncə edilib” – dedi Tamar Avaliani.