Samqoridən Lilo istiqamətinə doğru metrostansiya layihəsi üçün paytaxt meriyasında tender hazırlanır
Samqoridən Lilo istiqamətinə doğru metrostansiya layihəsi üçün paytaxt meriyasında tender hazırlanır

Samqoridən Lilo istiqamətinə doğru metro layihəsi üçün paytaxt meriyasında tender sənədi hazırlanır.

Kaxa Kaladze ictimaiyyətə layihənin texniki detallarını bugün hökümət iclasında təqdim etdi.

Tenderdə iştirak etmək imkanı, merin bəyanatına görə, sadəcə beynəlxalq təcrübəsi olan şirkətlərə veriləcək.

Layihənin həyata keçirilməsi üçün isə, təqribən iki-üç il gərəkəcək.

Yeni, müstəqil yer-üstü xəttin inşaatı ilə yanaşı, layihə yenə yeddi metrostansiyanın tikilməsini nəzərdə tutur.

Merin dediyinə görə, gün ərzində, qeyd olunan xətdə altı elektro-nəqliyyat vasitəsi hərəkət edəcək.

Gözləmə vaxtı isə, ilk mərhələdə 10 dəqiqə olacaq.

Bununla yanaşı, merin bəyan etdiyinə görə, texniki-iqtisadi tədqiqat Tbilisi-Rustaviyi birləşdirən yer-üstü metronun inşaatı ilə bağlı da aparılır.