Salome Zurabişvili - Qafqazda yeni bir dövr başlayır
Salome Zurabişvili - Qafqazda yeni bir dövr başlayır

Qafqazda yeni bir dövr başlayır, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvili “tvitter” sosial şəbəkəsində Dağlıq Qarabağda mövcud olan vəziyyət barəsində yazdı.

Gürcüstan prezidenti deyir ki, sülh və sabitliyin alternativi yoxdur.

“Qafqazda yeni bir dövr başlayır. Dostlarımızı, Ermənistan və Azərbaycanı faciəvi müharibənin başa çatması münasibətilə təbirik edirəm və bütün vasitəçilərə minnətdarlığımı bildirirəm. Həlak olanların ailələrinə başsağlığı verirəm. Sülh və sabitliyin alternativi yoxdur! Biz birlikdə Gürcüstan, Ermənistan və Azərbaycanın əməkdaşlığının yeni mərhələsini başlayırıq”, – Salome Zurabişvili bəyan edir.