Salome Zurabişvili - piyada gəzməyi davam etdirəcəm və xalqımla bərabər olacam
Salome Zurabişvili - piyada gəzməyi davam etdirəcəm və xalqımla bərabər olacam

Lazım olduğu yerə, “lobyaxanaya” və başqa yerlərə də gedəcəm, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili jurnalistlərə bəyan etdi.

Salome Zurabişvilinin qeyd etdiyinə görə, əhalidən etimadsızlıq görməyib və piyada gəzməyi davam etdirəcək.

“Öz əhalimin etimadsızlığını görməmişəm. Küçədə gəzirəm, bölgələrə gedirəm və xalqla böyük sevgi dozası ilə görüşürəm. Çox önəmlidir ki, prezident və xalq arasında əlaqə kəsilməsin. Piyada gəzməyi davam etdirəcəm və xalqımla birlikdə lazım olduğu yerdə və lazım olduğu kimi olacağam”, – Salome Zurabişvili bəyan etdi.