Salome Zurabişvili Parisdə öz əcdadları tərəfindən təşkil olunmuş kilsədə ibadət dua mərasimində övladları ilə birlikdə iştirak etdi
Salome Zurabişvili Parisdə öz əcdadları tərəfindən təşkil olunmuş kilsədə ibadət dua mərasimində övladları ilə birlikdə iştirak etdi

Gürcüstan prezidenti, Salome Zurabişvili Parisdə atası, gürcü icmasının sədri, Levan Zurabişvili tərəfindən təşkil olunmuş Müqəddəs Nino adına kilsədə ibadət dua mərasimində övladları ilə birlikdə iştirak etdi.

Məbədin dini rəhbəri, Ata Arçil Salome Zurabişvilinin uşaqlıqda kilsəyə gəzdiyi dövru xatırladı. O, prezidentə öz faliyyətində irəliləyiş və uğurlar arzuladı.

Parisdə Müqəddəs Nino adına kilsə 1921-ci ildə rus işğalı nəticəsində, Fransaya sığınacaq üçün gedən gürcülər üçün 1929-cu ildə yaradıldı.

1990-cı illərə qədər bura dünyada yeganə yer idi ki, Gürcüstanın xaricində ibadət dua mərasimi gürcü dilində keçirilirdi.