Salome Zurabişvili - Məqsədimiz NATO ilə uyğun olan müdafiyə qüvvələrini yaratmaqdır
Salome Zurabişvili - Məqsədimiz NATO ilə uyğun olan müdafiyə qüvvələrini yaratmaqdır

Məqsədimiz müasir, döyüş-qabiliyyətli və NATO ilə uyğunlaşan müdafiyə qüvvələrini yaratmaqdır, – bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili “Layiqli partnyor 2020″ adlı hərbi təlimlərin qapanış mərasimində nitqlə çıxış edərkən verdi.

Salome Zurabişvili əsgərləri “Layiqli partnyor 2020” təlimlərinin müvəffəqiyyətlə başa çatması ilə təbrik etdi və NATO-nun üzvü olan parntyor ölkələrə təşəkkür etdi.

“Gürcüstan partnyor ölkələri ilə bərabər daha güclü və daha müdafiyəlidir. Əməkdaşlığımız heç bir zaman bugünki kimi güclü olmayıb. NATO Gürcüstanın etibarlı və sadiq partnyorudur və onun stabil və demokratik ölkə olması üçün fəal dəstəyini əsirgəmir” – dedi Salome Zurabişvili.