Salome Zurabişvili mədəni dəyərlərin idxalının gömrük vergisindən azad edilməsini dəstəkləyir
Salome Zurabişvili mədəni dəyərlərin idxalının gömrük vergisindən azad edilməsini dəstəkləyir

Gürcüstan prezidenti Salome Zurabişvili mədəni dəyər daşıyan əşyaların idxal prosesinin gömrük vergisindən azad edilməsini dəstəkləyir.

Bu barədə prezident administrasiyası tərəfindən yayılan bəyanatda deyilir.

Prezident administrasiyasının məlumatına görə,Salome Zurabişvili Gürcüstanın Avropa İttifaqı mədəniyyətinə inteqrasiya prosesinin dəstəklənməsi təşəbbüsü ilə çıxış edir. Bugün prezident administrasiyasında ilk işgüzar görüş keçirildi, hansı ki, mədəni irsin qorunması və muzey kolleksiyalarının inkişafına həsr olundu.

Bugünki görüşdə, prezident sənət sarayının menecmentinin qanunvericilik təşəbbüsünü dəstəklədi, hansı ki, mədəni dəyər daşıyan əşyaların idxal prosesinin gömrük vergilərindən azad edilməsini nəzərdə tutur və bu təşəbbüs də, öz növbəsində, muzeylər fondunun doldurulmasını və yeniləşdirilməsini nəzərdə tutur” – deyilir prezident administrasiyasının bəyanatında.