Salome Zurabişvili - İstəyim odur ki, yaxın gələcəkdə Enquri körpüsü bizi birləşdirən körpü olsun
Salome Zurabişvili - İstəyim odur ki, yaxın gələcəkdə Enquri körpüsü bizi birləşdirən körpü olsun

Gürcüstan prezidenti Salome Zurabişvili Zuqdidi rayonunda, münaqişə zonasının yaxınlığında yerləşən Ruxi keçid məntəqəsində Daxili İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə departamentinin polislərini ziyarət etdi.

Bu barədə məlumatı prezidentin mətbuat xidməti yayır.

Prezident Ruxi keçid məntəqəsində təhlükəsizliyi qoruyan DİN əməkdaşlarını yeni il münasibəti ilə təbrik etdi və etdikləri fəaliyyətə görə onlara təşəkkür etdi.

“Buraya ilk dəfə Xarici İşlər Naziri olaraq gəlmişdim. Ondan sonra 15 keçdi və biz yenə burada dururuq və bu ölkəmiz üçün böyük faciədir. İstəyim odur ki, bizi abxaz bacı qardaşlarımızdan ayıran bu körpü, gələcəkdə bizi birləşdirən körpü olsun” – dedi Salome Zurabişvili.