Salome Zurabişvili - Gürcüstanda San Dieqo Universitetinin bakalavr proqramları gələcəyə hesablanmış sərmayədir
Salome Zurabişvili - Gürcüstanda San Dieqo Universitetinin bakalavr proqramları gələcəyə hesablanmış sərmayədir

Tbilisidə, Rustaveli Teatrında San Dieqo Dövlət Universitetinin Gürcüstanda məzunlarının ilk buraxılış mərasimi keçirildi.

55 məzuna beynəlxalq akreditəsi olan Amerika bakalavr diplomu verildi. San Dieqo Dövlət Universiteti Kaliforniyada tələbatı olan universitetlərdən biridir. Hazırda universitetin bakalavr proqramında 600-ə qədər tələbə oxuyur.

Məzunlara Gürcüstan prezidenti, Salome Zurabişvili nitqlə müraciət etdi.

Salome Zurabişvilinin dəyərləndirməsinə görə, Gürcüstanda San Dieqo Universitetinin bakalavr proqramları gələcəyə hesablanmış sərmayədir.