Salome Zurabişvili Ermənistan Respublikasının prezidenti ilə görüşdü [Video]

Gürcüstan prezidenti Salome Zurabişvilinin Ermənistana rəsmi səfəri təntənəli qarşılama mərasimi ilə başladı.

Daha sonra isə, Salome Zurabişvili Erevanda prezident sarayında Ermənistan prezidenti ilə görüşdü.

Gürcüstan prezidentinin administrasiyasının rəhbəri Laşa Jvania bəyan edir ki, Gürcüstanın qonşu ölkə ilə müzakirə ediləcək bir çox məsələ var.

Ermənistana səfər çərçivəsində, Gürcüstan prezidenti Ermənistanın baş naziri ilə, Milli assambleyasının sədri ilə və Ermənistanın Katolikos-Patriarxı ilə görüşəcək.

“Ölkələrimiz arasındaki münasibətlər yüksək səviyyədədir və müxtəlif sahələrdə əməkdaşlığımızın gələcək inkişafı üçün zəruridir” – dedi Gürcüstanın Ermənistandaki səfiri Giorgi Saqanelidze.

Gürcüstan prezidentinin Ermənisatana səfəri iki günlükdür və martın 14-də başa çatacaq.