Salome Zurabişvili Emmanuel Makron ilə bu gün görüşəcək
Salome Zurabişvili Emmanuel Makron ilə bu gün görüşəcək

Gürcüstan prezidenti, Salome Zurabişvili bu gün Fransa prezidenti Emmanuel Makron ilə görüşəcək.

Görüş Yelisey Sarayında Tbilisi vaxtı ilə saat 13:00-da keçiriləcək.

Bundan sonra, iki ölkə prezidenti əməkdaşlıq bəyannaməsinə izma atacaqlar.

Gürcüstan və Fransa prezidentləri görüşdən sonra, birgə bəyanatlar verəcəklər və jurnalistlərin suallarını cavablandıracaqlar.

Dünən Gürcüstan prezidenti “SciencesPo” İnstitutunda mühazirə oxudu. Ona Fransanın ikipalatalı parlamentinin yuxarı palatasının prezidenti, Jerar Larşe ev sahibliyi etdi. Günün ikinci yarısında həmçinin lider qadınlarla görüşü baş tutdu.

Gürcüstan prezidenti, Fransadan sonra Almaniyaya yola düşəcək və Almaniya kansleri, Anqela Merkel ilə görüşəcək.