Salome Zurabişvili - Donorlarıma borclu deyil, minnətdaram
Salome Zurabişvili - Donorlarıma borclu deyil, minnətdaram

Seçki kampaniyamıza maddi qatqı edən donorlarımıza minnətdaram, ancaq, heç vaxt onların qarşısında borclu olmayacam, – bu bəyanatla prezidentliyə namizəd Salome Zurabişvili, özünü ona maddi dəstək verən Kaxa Kaladzeyə və Bidzina İvanişvilinin qardaşına qarşı borclu hiss edib-etmədiyi barədə verilən sualı cavablandırarkən verdi.

“Mən hərkəsdən açıq şəkildə maddi dəstək istədim. Hərkəs bizə maddi dəstək verə bilər. Mənim fondum açıq və azaddır, ancaq mənə maddi dəstək verənlərə sadəcə minnətdaram, borclu deyil, – dedi Salome Zurabişvili.

Dövlət Audit Xidmətinin məlumatına görə, Salome Zurabişvilinin maddi dəstəkçiləri arasında, onun fonduna 50 000 lari xərcləyən Tbilisinin meri Kaxa Kaladze və 45 00 lari  xərcləyən Aleksandre İvanişvili (Bidzina İvanişvilinin qardaşı) var.