Salome Zurabişvili Co Baydeni və Kamala Harrisi seçkilərdə qələbə münasibətilə təbrik edir
Salome Zurabişvili Co Baydeni və Kamala Harrisi seçkilərdə qələbə münasibətilə təbrik edir

Gürcüstan prezidenti, Salome Zurabişvili ABŞ-ın yeni seçilən prezidenti, Co Baydeni seçkilərdə qələbəsini təbrik edir, – bu barədə prezident “tvitter” sosial şəbəkəsində yazır.

“Gürcüstana, Qafqaz bölgəsinə və dünyaya azad, güclü və demokratik Amerika lazımdır.

Sizinlə işləməyi səbirsizliklə gözləyirik ki, iki ölkənin əməkdaşlığını və əlaqələrini daha da möhkəmləndirək və dərinləşdirək”, – Salome Zurabişvili yazır.

Bununla yanaşı, Salome Zurabişvili yeni seçilən vitse-prezident, Kamala Harrisi, ABŞ tarixində ilk vitse-prezident qadın kimi şəxsən təbrik edir və uğurlar arzulayır.

Şərh yaz