Salome Zurabişvili 17-21 fevralda Fransa və Almaniyaya səfər edəcək
Salome Zurabişvili 17-21 fevralda Fransa və Almaniyaya səfər edəcək

Gürcüstan prezidenti növbəti rəsmi səfərlərlə Fransa və Almaniyaya gedir.

Prezidentin səfərləri ilə bağlı iqtidar qərarı Gürcüstan İqtidarının rəsmi veb-səhifəsində yayılıb.

İşgüzar səfərlərin məqsədi Avropa İttifaqı və NATO ilə Gürcüstan münasibətlərinin gücləndirilməsidir.

Görüşlər öncə 17-19 fevralda Parisdə, 19-21-də isə, Almaniyada baş tutacaq.

Səfərlərin dəqiq cədvəli hələlik məlum deyil, ancaq Salome Zurabişvilinin Fransa və Almaniyada yaşayan gürcü diasporası ilə görüşləri planlaşdırılıb.