Rustavidə yeni tekstil fabrikası açıldı
Rustavidə yeni tekstil fabrikası açıldı

Rustavidə “Acara Tekstil”in yeni müəssisəsinin açılış tədbiri keçirildi.

“Pandemiya zamanında, digər ölkələrdə bir çox müəssisələrin bağlandığı halda, bizdə minlərlə insan üçün yeni iş yeri – “Kartli Tekstil” fabrikası açıldı” – bu bəyanatı Gürcüstanın İqtisadiyyat Naziri Natia Turnava müəssisənin açılışında verdi.

Müəssisənin inşaatına 20 milyon dollar xərcləndi, oradan 10 milyon dollar “Gürcüstanda istehsal et” proqramı çərçivəsində götürülən kreditdir.

“Acara Tekstil” şirkəti bugünə qədər məşhur dünya brendləri ilə əməkdaşlıq edirdi, onların arasında Nike, ADIDAS, Lotto, Erima, New Balance Under Armour var.

Şirkət 100 faizlik ixrac üçün nəzərdə tutulub və ildə 15 milyon-dan artıq produksiyanın istehsalını və ixracını həyata keçirəcək.

İqtisadiyyat Nazirliyinin dediyinə görə, türk investisiyası ilə yaradılan müəssisə Rustavi və Qardabanidən 4000 nəfəri işlə təmin edəcək.