Rustavi Şəhər Məhkəməsində Temur Abazovun işinin müzakirəsi aparılır [Foto]
Rustavi Şəhər Məhkəməsində Temur Abazovun işinin müzakirəsi aparılır [Foto]

Rustavi Şəhər Məhkəməsində Marneulinin sabiq meri Temur Abazovun, Gürcüstan parlamentinin üzvü Azər Süleymanovun və şübhə altında olan digər şəxslərin işinin müzakirəsi aparılır.

Məhkəmə prosesinə hakim Ketevan Luaşvili rəhbərlik edir.

Sentyabrın 6-da Marneulinin sabiq meri Temur abazovun suçu ağırlaşdırıldı.

Ona qarşı irəli sürülən ittihamlara şəxsi həyatın əks olunduğu materialların tapılması, təşkil edilməsi və internet və sosiyal şəbəkələrdə yayılması əlavə edildi.

Marneuli meri iyunun 14-də həbs edilmişdi.