Roman Qotsiridze - Mixail Saakaşvilinin baş nazirliyə namizəd olaraq təqdim edilməsi "Gürcü Arzusu" üçün sürpriz və gözlənilməz idi
Roman Qotsiridze - Mixail Saakaşvilinin baş nazirliyə namizəd olaraq təqdim edilməsi "Gürcü Arzusu" üçün sürpriz və gözlənilməz idi

“Milli Hərəkat” fraksiyasının sədri, Roman Qotsiridze hesab edir ki, seçki kampaniyasına Mixail Saakaşvilinin açıq şəkildə qatılması müxalifət cəbhəsində, daha artıq resursların və enerjinin səfərbərliyinə işarə edir.

Qotsiridzenin jurnalistlərə bəyan etdiyinə görə, “Gürcü Arzusunun” rəhbərliyi məhz buna görə, qıcıqlanıbdır.

“Onların aqressiv və gülməli şərhləri ona işarə edir ki, bu onlar üçün çox gözlənilməz idi. Bu, “Gürcü Arzusu” üçün həm sürpriz və həm şok idi. Çünki Saakaşvilinin Ukraynada yüksək vəzifəyə təyin olunduğu zaman, onlar çox xoşbəxt idilər. Həmin vaxt onlar düşünürdülər ki, Saakaşvili öz siyasi gələcəyini Ukrayna ilə əlaqələndirir”, – Qotsiridze bəyan etdi.

Şərh yaz