Rik Dems - oyunu dayandırın və Şarl Mişel razılaşmasını praktikada tətbiq edin
Rik Dems - oyunu dayandırın və Şarl Mişel razılaşmasını praktikada tətbiq edin

 

Gürcüstanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Demsin sözlərinə görə, iqtidar və müxalifətin birlikdə çalışa biləcəyi məsələləri tapmağa çalışıb.

“Məsələn, gender bərabərliyi məsələsində müxalifəti və hökuməti bu məsələyə birlikdə münasibət bildirməyə çağırıram, çünki gender bərabərliyi assambleyada əsas məsələlərdən biridir. Gürcüstanın panavropa cəmiyyətinə tam üzv olma yolunda olması mənim üçün olduqca aydındır. Biri Avropa Birliyidir, daha böyük bir Avropa, assambleya və bunu da mən təmsil edirəm, lakin biz hamımız ortaq dəyərləri paylaşırıq” -deyə Rik Dems bildirib.

Avropa Şurası Parlament Assambleyası sədrinin sözlərinə görə, onun üçün Gürcüstanın son illərdə böyük tərəqqi əldə etdiyi aydındır və bu tərəqqi davam etməlidir.

“Bir çox digər ölkələr kimi bəzi xətalarınız var, bunda qeyri-adi bir şey yoxdur. Beləliklə, bunun sanki qeyri-adi olduğunu şişirtməyin,bu normaldır, lakin asan deyil. Panavropa cəmiyyətinə tam üzvlük yolunda olmağınız vacibdir, məhz buna görə də buradayıq. Şarl Mişel razılaşmasını dəstəkləyirəm, çünki bu sazişin bir çox elementi panavropa cəmiyyətinin tam üzvü olmaq üçün irəliləməyə nail olmaq yolunda vacibdir” -deyə Rik Dems qeyd edib.

Onun sözlərinə görə, 19 aprel razılaşmasının praktikada həyata keçirilməsi vacibdir.

“Bu razılaşmanın təxirə salınmadan praktikada həyata keçirilməsi vacibdir. Oyunu dayandırın və praktikada tətbiq edin, çünki onun tərkib hissələri son dərəcə vacibdir” -deyə Rik Dems bildirib.