Rəcəp Tayyip Erdoğan İstanbulda mer seçkilərinin ləğv olunmasını tələb edir
Rəcəp Tayyip Erdoğan İstanbulda mer seçkilərinin ləğv olunmasını tələb edir

Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan İstanbulda mer seçkilərinin ləğv olunmasını tələb edir.

Bu barədə məlumatı “Daily Sabah” yayır.

Erdoğanın dediyinə görə, qanuna əsasən seçki qutularının yanında sadəcə dövlət məmurları işləməlidirlər, ancaq bəzi seçki məntəqələrində bu tələb qane edilməmişdi.

Xatırladaq ki, Türkiyədə munisipal seçkilər martın 31-də keçirildi.

İstanbulun meri olaraq, vətəndaşlar “Xalq Demokratiyası Partiyasının” namizədi Əkrəm İmamoğlunu seçdilər.

O sabiq baş nazir Binəli Yıldırımı 15 000 səslə keçdi.

Aprelin 9-da iqtidar partiyası Türkiyənin ali seçki komisiyasına müraciət etdi və İstanbulda seçkilərin yenidən keçirilməsini tələb edir.