Rəcəp Tayyip Erdoğan deyir ki, kürt döyüşçüləri Suriyədəki "təhlükəsizlik zonasını" bu vaxta qədər tərk etməyiblər
Rəcəp Tayyip Erdoğan deyir ki, kürt döyüşçüləri Suriyədəki "təhlükəsizlik zonasını" bu vaxta qədər tərk etməyiblər

Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan bəyan edir ki, ABŞ-la nail olunan razılaşmanın şərtlərinə baxmayaraq, kürt döyüşçüləri Suriyədəki “təhlükəsizlik zonasını” bu vaxta qədər tərk etməyiblər.

“Biz Rusiya və ABŞ-la nail olduğumuz razılaşmalara riayət edirik, ancaq bu razılaşmalar partnyorlarımızın da öhəliklərini yerinə yetirdiyi halda qüvvədə qalır. Biz bilirik ki, hər iki tərəfdən terorçular hələ də təhlükəsizlik zonasındadırlar və teroristlər oradan gediblər deyə, bizi aldatmağa gərək yoxdur. Bu ərazilərdə hələ də teroristlər var” – dedi Rəcəp Tayyip Erdoğan.

Erdoğan həmçinin bəyan etdi ki, Türkiyəyə yaxın sərhəd rayonunda ABŞ qüvvələri və kürt döyüşçüləri patrul edirlər.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə, Suriyənin şimal hissəsində, kürt döyüşçülərə qarşı hərbi əməliyyata başlamışdı, ancaq ABŞ-la nail olunan razılaşmaya əsasən, kürt döyüşçüləri Türkiyə sərhədinə yaxın olan əraziyi 120 saat içində tərk etməli idilər.