Ramin İgidov - İslam narkotiklərin istifadəsini qadağan edir, ona görə də, onun hərhansı növdə kultivasiyası bizim üçün qeyri-məqbuldur
Ramin İgidov - İslam narkotiklərin istifadəsini qadağan edir, ona görə də, onun hərhansı növdə kultivasiyası bizim üçün qeyri-məqbuldur

İslam narkotiklərin istifadəsini qadağan edir, ona görə də, narkotik maddələrinin hərhansı növdə kultivasiyası bizim üçün qeyri-məqbuldur, – bu barədə Gürcüstanın Müsəlmanlar İdarəsinin şeyxi Ramin İgidov tərəfindən, marixuananın kultivasiyası ilə bağlı qanunlayihə haqqında yayılan bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, yüngül narkotik maddələrin leqalizasiyası gələcəkdə daha ağır növlü narkotiklərin yayılmasına yol aça bilər.

“Son zamanlarda bizim azərbaycanlı gənclərimiz işsiz-gücsüz küçələrdə dururlar, narkotik maddələrinin leqalizasiyası isə, onlara daha da mənfi təsir göstərəcək. İslam hər cür narkotikləri qadağan edir, müvafiq olaraq da, narkotiklərin hərhansı formada kultivasiyası qeyri-məqbuldur. Bu fakt bütün dünyada Gürcüstanın imicinə xələl gətirə bilər” – deyilir şeyxin bəyanatında.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxinin bəyanatı Gürcüstan Patriarxlığının veb-səhifəində yayılıb.