Qudauridə endirim həftəliyi başladı
Qudauridə endirim həftəliyi başladı

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm Administrasiyasının təşəbbüsü ilə, turist yerlərinin və turist məhsullarının inkişafına imkanların yaradılması məqsədilə, 2020-ci il yanvarın 22-dən 5 fevral da daxil olmaqla, Qudauridə endirim həftəliyi başlayır.

Həftəliyə 12 mehmanxana qatılıbdır – “Edelvays”, “Karpe Diem Qudauri”, “Marko Polo”, “Abu Qudauri”, “Best Vestern Qudauri”, “Snou Rums”, “Donata Qudauri”, “Qudaura”, “Alpina Qudauri”, “Qudauri İnn”, “Şino”.

İkigünlük sürüşmə abunəyə 30 faizlik endirim olacaq. Endirimin əldə edilməsi üçün, istifadəçi layihədə iştirak edən mehmanxanada yerləşdiyi qiymətinin ödənişi qəbzini, mehmanxana invoysunu və şəxsiyyət vəsiqəsini kassalarda təqdim etməlidir.