Qardabanidə bədbəxt hadisə nəticəsində 15 yaşlı yeniyetmə həlak olub
Qardabanidə bədbəxt hadisə nəticəsində 15 yaşlı yeniyetmə həlak olub

 

 Qardabanidə bədbəxt hadisə-güclü partlayış nəticəsində 15 yaşlı yeniyetmə həlak olub.

Şahidlərin sözlərinə görə, 11 və 15 yaşlı yeniyetmələr məktəbdən evə qısa yolla qayıdırlarmış. Bu vaxt tarlada güclü partlayış səsi eşidilib. Partlayışa nəyin səbəb olması naməlumdur.

Müxtəlif bədən xəsarətlərilə 15 yaşlı yeniyetməni xəstəxanaya çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.11 yaşlı oğlanın həyatı təhlükəsi yoxdur.

Hadisə yerinə polis səfərbər olunub, ekspert-kriminalistlər ərazidə çalışırlar.