Qanunlayihəyə əsasən, maskanın gəzdirilməsi qaydasının pozulması üçün fiziki şəxs 20 lari ilə cərimələnəcək
Qanunlayihəyə əsasən, maskanın gəzdirilməsi qaydasının pozulması üçün fiziki şəxs 20 lari ilə cərimələnəcək

Parlamentin Sosial Müdafiə və Səhiyyə Məsələri üzrə Komitəsinin sədri, Dimitri Xundadzenin bəyan etdiyinə görə, maskanın gəzdirilməsi qaydasının pozulması üçün cərimə həcmi vətəndaşa yük olmamalıdır.

Xundadzenin bəyan etdiyinə görə, 20 larilik cərimə kifayətdir.

“Bu, əhalinin böyük hissəsinə aiddir və həmçinin onu da nəzərə almalıyıq ki, əksər hallarda vətəndaşın az gəliri var və bunun onun üçün böyük yükü təşkil etməsi mümkündür. Buna görə, məqsədə nail olmaq üçün 20 larilik cərimənin müzakirəsi yetərlidir”, – Dimitri Xundadze bəyan etdi.