Ukrayna prezidenti, Petro Poroşenko müharibə vəziyyətinin elan edilməsini dəstəklədi. Ukrayna mediasının məlumatına görə, bu barədə Petro Poroşenko Təhlüksizlik Şurasının iclasında bəyan etdi.
Poroşenkonun dediyinə görə, müharibə vəziyyətinin elan edilməsi heç bir təqdirdə Ukrayna tərəfindən hücum hərəkətlərinin həyata keçirilməsini nəzərdə tutmur.
Elə onun dediyinə görə, qərar səfərbərliyi nəzərdə tutmur. “Lakin hazır olmalıyıq”, – Petro Poroşenko əlavə etdi.
Rus gəmiləri Ukrayna katerlərinə Odessa limanından Pariupol limanına hərəkət edərkən atəş açdılar. İnsident nəticəsində altı Ukrayna vətəndaşı xəsarət aldı. Ukrayna prezidentinin nümayəndəsinin məlumatına görə, rus sərhədçiləri 20-dən artıq Ukrayna hərbiçisini yaxalayıblar.