Parlamentin Prosedur Komitəsi Şalva Natelaşvili və Levan Xabeişivlinin deputat səlahiyyətinin dayandırlmasını dəstəklədi
Parlamentin Prosedur Komitəsi Şalva Natelaşvili və Levan Xabeişivlinin deputat səlahiyyətinin dayandırlmasını dəstəklədi

Parlamentin Prosedur Komitəsi Şalva Natelaşvili və Levan Xabeişivlinin deputat səlahiyyətinin dayandırlması məsələsini dəstəklədi.

Deputat səlahiyyətinin dayandırlması məsələsi barəsində onlarn ərizələrini Komitə iclasında müzakirə etdilər. Məsələni hakim komandanın altı üzvü dəstəklədi.

Jurnalistlərə Komitənin sədri, İrakli Kadaqişvilinin bəyan etdiyinə görə, Komitə ərizələrin həqiqiliyini təsdiq etdi və məsələni dəstəklədi.

“Şəxsən mənim mövqeyimdir ki, siyasi partiyalara xalq səs verdi ki, öz səlahiyyətlərini Parlamentdə yerinə yetirsinlər. Parlamentin qərarını görəcəyik”, – Kadaqişvili bəyan etdi.

Komitənin qərarı 2 fevralda plenar iclasa təqdim olunacaq. Məhz elə 2 fevralda müxalifətçi deputatların səlahiyyətlərinin dayandırlması ilə bağlı səsvermə baş verəcək. Bunun üçün 76 deputatın dəstəyi lazım gələcək.