Parlamentdə büro iclası yaxın saatlarda keçiriləcək
Parlamentdə büro iclası yaxın saatlarda keçiriləcək

Gürcüstan Parlamentində büro iclasının keçirilməsinə hazırlaşırlar.

Dəqiq vaxt hələlik məlum deyil, lakin Parlamentin ictimaiyyətlə əlaqələr xidmətinin məlumatına görə, iclas deputatların toplaşan kimi keçiriləcək.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, bu günki iclası jurnalitlər işıqlandırmayacaqlar və iclasın translasiyası ənənəvi olaraq, Parlamentin vebsəhifəsində və Gürcüstanın İctimai Yayımçısının ikinci kanalında həyata keçirləcək.

Büro iclasında güman edildiyinə görə, bəyanatlar veriləcək və bundan sonra jurnalistlərin suallarına deputatlar “Gürcü Arzusu” partiyasının mərkəzi ofisində cavab verəcəklər.