Parlamentdə avtokefaliyanın bərpasının 100 illiyi ilə bağlı qəbul təşkil ediləcək
Parlamentdə avtokefaliyanın bərpasının 100 illiyi ilə bağlı qəbul təşkil ediləcək

Parlamentin Şota Rustaveli salonunda bu gün Gürcüstanın apostolik pravoslav kilsəsinin dayandırılmış avtokefal idarəçiliyinin bərpasının 100 illiyinə həsr olunmuş “din və ictimai həyat” beynəlxalq konfrans çərçivəsində qəbul təşkil ediləcək.

Qəbula Giya Volski və Mariyam Caşi ev sahibliyi edəcəklər.

Paralel olaraq “Gürcüstan kilsəsi 1917–2017-ci illərdə” fotosərgi təşkil ediləcək.

Tədbirdə beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrdən nümayəndə heyəti, parlamentin üzvləri və dini şəxslər iştirak edəcəklər.