Parlament seçkilərinin ikinci turunda səs vermə prosesi başa çatdı
Parlament seçkilərinin ikinci turunda səs vermə prosesi başa çatdı

Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirildi.

İkinci turda seçicilərə 1914 seçki məntəqəsi və istisna halında yaradılan doqquz seçki məntəqəsi xidmət edirdi.

Səs vermə prosesi başa çatdıqdan sonra səslərin hesablanması prosedurları başladı.

Parlament seçkilərinin ilk turu Gürcüstanda  oktyabrın 31-də keçirildi.

Seçki məntəqələrinin yekun aktları  xüsusi veb-səhifə – results.cec.gov.ge-də yerləşdiriləcək.

Seçkilərin nəticələrinə görə, bir faizlik baryeri keçən partiyalar parlamentə daxil olmaqdan imtina edirlər.